Yuxarı

​Dövlət Agentliyinin sözçüsü təyinatından 3 ay sonra işdən ayrılıb

Hazırda onun vəzifəsini agentliyin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri icra edir

Bakı. 22 oktyabr. REPORT.AZ/ Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı vəzifəsindən azad edilib. "Report"un məlumatına görə, hazırda onun vəzifəsini agentliyin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Arzu Hüseynova icra edir.

Agentlikdən "Report"a fakt təsdiq edilib və Y.Babanlının öz ərizəsi ilə işdən azad olunduğu bildirilib: "Yəhya Babanlının 3 aylıq müqavilə müddəti bitib, eyni zamanda o, elmi fəaliyyətlə məşğul olduğu üçün işdən çıxıb".

Xatırladaq ki, Y.Babanlı mətbuat xidmətinin rəhbəri vəzifəsinə bu ilin iyul ayında təyin edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi