“Dostluq” yatağının resursları valyuta gəlirimizə əhəmiyyətli töhvə verəcək

“Dostluq” yatağının resursları valyuta gəlirimizə əhəmiyyətli töhvə verəcək yeni kəşfiyyat işlərindən sonra yatağın ehtiyatlarının daha da çox olacağı gözlənilir
Energetika
22 Yanvar , 2021 16:54
“Dostluq” yatağının resursları valyuta gəlirimizə əhəmiyyətli töhvə verəcək

Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması tarixi hadisə olmalqa yanaşı, iki ölkənin dövlət gəlirlərinin artmasına gətirib-çıxaracaq.

Bunu “Report”a açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

"Həmin yataqda kəşfiyyat işlərinə ötən əsrin 80-ci illərində start verilsə də, sonradan iki ölkə yatağın işlənməsi barədə müzakirələrə başladı. İlkin qiymətləndimələrə görə, yataqda 100 milyon ton neft, 30 milyard kubmetr təbii qaz var. Yəni, yataqda kifayət qədər böyük enerji resursları mövcuddur. Bununla yanaşı, yeni kəşfiyyat işlərindən sonra bu ehtiyatların daha da çox olacağı gözlənilir. Deməli, yataqdakı resurslar hər iki ölkənin valyuta gəlirlərinə əhəmiyyətli töhvə verəcək”, - deyə o, qeyd edib.

Qeyd edək ki, Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. Ümumiyyətlə, Xəzər dənizində geologiya-kəşfiyyat işlərinin aparılması, yeni yataqların aşkarlanması bilavasitə Azərbaycan neftçilərinin, geoloqlarının adı ilə bağlıdır. Xoşbəxt Yusifzadə, Qurban Abbasov, Bəhmən Hacıyev və digər neftçilərimiz bu işdə böyük rol oynayıblar.

SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhəddinin tən ortasında yerləşdiyi üçün "Promejutoçnoe", yəni “Aralıq” adlanırılıb. “Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb. 1998-ci ildə Xəzər dənizinin orta xətti koordinatları üzrə Azərbaycan Respublikası ilə Türkmənistan arasında danışıqlar aparılması üçün ekspert qrupu yaradılıb. Dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb.

Son xəbərlər

Orphus sistemi