Dördüncü sənaye inqilabına "ağıllı töhfə" - REPORTAJ

Dördüncü sənaye inqilabına "ağıllı töhfə" - REPORTAJ İxtiraçı alim Tahir Cəfərov ölkə prezidentinin ideyasını dəstəkləyərək ixtira etdiyi yeni qurğunu təqdim edib
Energetika
5 Mart , 2021 10:40
Dördüncü sənaye inqilabına ağıllı töhfə - REPORTAJ

Prezident İlham Əliyev fevralın 14-də işğaldan azad edilmiş Zəngilana səfəri zamanı rayonun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin icra ediləcəyini bildirdi.

"Report"un məlumatına görə, dövlət başçısının layihə ilə bağlı tövsiyə və tapşırıqlarından sonra onun reallaşdırılması üçün bir sıra təkliflərin verilməyə başlanılıb.

İxtiraçı alim Tahir Cəfərov da ölkə prezidentinin ideyasını dəstəkləyərək "Ağıllı kənd" layihənin icrasına kömək edəcək ixtira etdiyi yeni qurğunu təqdim edib. Bu barədə "Report"a açıqlama verən alim qeyd edib ki, kənd təsərrüfatı üçün xüsusi əhəmiyyətə malik bu avadanlıq günəş enerjisi ilə hərəkətə gətirilir. Bunun üçün isə onun üzərində günəş panelləri quraşdırılıb: “Təxminən 5 il öncə kiçik oğlumla bu texnologiya üzərində işə başlamışıq. Artıq onun 1:25-ə işlək modelini hazırlamışıq, təcrübi-eksperimental işini də aparmışıq. Bu, internet və mikroprosessor vasitəsi ilə idarə olunan mexanizmdir, günəş enerjisi ilə qidalanır. Günəş enerjisi elektrik enerjisinə çevrilir və elektrik enerjisi 50 metr uzunluğunda olan mexanizmin təkərlərinə ötürülür. Bu təkərlər iki ədəd arabacıqdan ibarətdir və onlar universaldır. Bu arabacıqlara şumlamaq üçün diskvarı kotan, dırmıq və səpin aqreqatoru qoşmaq mümkündür. Həmçinin bu aqreqat səpin və sulama prosesini də yerinə yetirir”.

Onun sözlərinə sözlərinə görə, bu mexanizmləri insan əməyi olmaqdan tam avtomatlaşdırmaq mümkündür. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi şərəfinə “AZICAR 100” adlanan qurğunun “Made in Azerbaijan” brendi altında xarici ölkələrə də ixracı istisna edilmir.

Son xəbərlər

Orphus sistemi