Yuxarı

​Dörd magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

Bir neçə ərazinin qaz verilişində məhdudiyyətlər yaranacaq

Bakı. 10 noyabr. REPORT.AZ/ Noyabrın 11-də saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qaz ixrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Mərdəkan bağları'' və “Qanlı göl” qazpaylama stansiyalarında təmir işləri aparılacaq.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, təmir işləri Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Hacıqabul-2”, “Hacıqabul-1” və “Qarasu”, Astara magistral qaz kəmərləri sahəsinin “Lerik” və “Masallı”, eləcə də Ağdaş magistral qaz kəmərləri sahəsinin “Qəbələ”, “Əliabad” və ''Cəfərabad'' qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında da aparılacaq.

Təmir müddətində Hacıqabul rayonunun Qarasu və Abdulabad, Masallı rayonunun Qızılavar, Kəriblər və Ərkivan, Qəbələ rayonunun Soltanmuxa, Savalan və Hacıəli, Zaqatala rayonunun Əliabad kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Yasamal rayonunun, Xəzər rayonunun Mərdəkan qəsəbəsinin, eyni zamanda Hacıqabul, Şirvan, Lerik və Şəki rayonlarının bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi