​Dörd magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

​Dörd magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq Bir sıra ərazilərə qaz verilişində məhdudiyyətlər olacaq
Energetika
5 Noyabr , 2015 16:49
​Dörd magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

Bakı. 5 noyabr. REPORT.AZ/ Sabah saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Ceyranbatan”, ''Müşviqabad'', ''Yeni Güzdək'' və ''Qobu" qazpaylama stansiyalarında təmir işləri aparılacaq.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, təmir işləri Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Rəncbər”, “Ağsu” və “Kürdəmir”, Ağdaş magistral qaz kəmərləri sahəsinin ''Qax'', ''Aran'' və ''Yevlax-1'', eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin “Tovuz”, ''Qovlar'', ''Alakol'' və ''Zəyəm'', həmçinin bəzi ölçü qovşaqlarında da aparılacaq.

Təmir müddətində Hacıqabul rayonunun Navahi, Rəncbər, Qubalı və Pirsaat kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Abşeron rayonunun Ceyranbatan, Qobu, Müşviqabad və Yeni Güzdək qəsəbələrinin, eləcə də Qax, Yevlax, Kürdəmir, Ağsu və Tovuz rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür. 

Son xəbərlər

Orphus sistemi