Bakı. 27 dekabr. REPORT.AZ/ Bu ay Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və
“Report” xəbər verir ki, yoxlamalar nəticəsində yanacaqda qurğuşunun səviyyəsinin hökumətin müəyyən etdiyi keyfiyyət normalarına cavab verdiyi müəyyənləşib.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstanda yerləşən yanacaqdoldurma məntəqələri daxil olmaqla 240 məntəqədən nümunələr götürülüb. Departament əməkdaşları yoxlamaları ilkin xəbərdarlıq olmadan aparıblar.
Nazirlikdən bildirilib ki, götürülmüş nümunələr beynəlxalq akkreditasiyası olan laboratoriyada yoxlanılıb: “Araşdırmanın nəticəsində müəyyən olunub ki, yoxlanılan nümunələrin hamısında qurğuşunun səviyyəsi Gürcüstan hökumətinin müəyyən etdiyi normalara uyğundur”.
Qeyd edək ki, Gürcüstanda yanacağın keyfiyyəti dövlət tərəfindən 2016-cı ildən etibarən monitorinq olunur. Benzin və dizeldə yalnız qurğuşunun deyil, benzol, oktan, kükürd və digər maddələrin səviyyəsi də yoxlanılır.
Yanacaqda hər hansı bir uyğunsuzluq aşkar olunarsa, şirkətlərə 8 min lari (3 min dollardan çox) məbləğində cərimə tətbiq olunur.
Nazirlikdən bildirilib ki, bu cür yoxlamaların məqsədi ölkəyə keyfiyyətsiz yanacaq idxalını azaltmaq və ətraf mühitin mühafizəsini təmin etməkdir.
Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinin məlumatına görə, bu ilin yanvar-noyabr ayları ərzində Gürcüstan 991 min ton benzin və dizel yanacağı idxal edib. Noyabr ayında 34,6 min ton dizel yanacağı, 46,3 min ton benzin idxal edilib. Gürcüstana yanacaq Rusiya, Azərbaycan (dizel yanacağı), Rumıniya və Türkmənistandan ixrac edilib.
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən verilən məlumata görə, Azərbaycan dizel yanacağı Gürcüstandan başqa Əfqanıstan, Türkiyə, Malta, Cəbəllütariq, Livan istiqamətində də ixrac olunur. Məlumata görə, bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 409 min ton dizel yanacağı ixrac edilib. "Azərbaycanda dizel yanacağı SOCAR-ın
Bildirək ki, SOCAR-ın Gürcüstanda 119 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Şirkət burada Azərbaycan və üçüncü tərəflərin neft məhsullarının Gürcüstan bazarında topdan və pərakəndə satışını təşkil edir.
İxrac edilən dizelin keyfiyyəti ilə bağlı Kulevi terminalında da analizlər aparılır.
Dünyanın aparıcı inspeksiya və sertifikatlaşdırma şirkətlərindən olan İsveçrənin SGS şirkətinin Xəzər regionunun neft, qaz və kimya bölməsi üzrə əməliyyat meneceri Sofiya Vışko bildirib ki, indiyədək dizeldə sifarişlərə uyğun olaraq müxtəlif parametrlər üzrə analizlər aparılıb.
“Bakıda dizelin vaqonlara yüklənilməsindən tutmuş yükün Kulevidə boşaldılması və tankerlərə yüklənilməsinə qədər bütün prosesləri daim yoxlayırıq. Biz yalnız SOCAR tərəfindən deyil, ondan məhsul alan şirkətlər tərəfindən də sifarişlər alırıq. Şirkətlər müştərilərin spesifikasiyasına uyğun olaraq müxtəlif meyarlar üzrə analizlər aparılması üçün sifarişlər verirlər”.
Şirkətin nümayəndəsi bildirib ki, indiyədək aparılan analizlərə əsasən bircə dəfə də keyfiyyətin standarta uyğun olmaması halına rast gəlinməyib.
Aşağıdakı cədvəldə SGS şirkətinin bu ayın əvvəlində SOCAR-a məxsus Kulevi terminalının rezervuarlarından götürülmüş nümunələr əsasında dizel yanacağı ilə bağlı apardığı analizin nəticələrini təqdim edirik:
Göründüyü kimi, 15 parametr üzrə aparılan analizlərin nəticələri standartlara uyğun olub.