"Deutsche Bank" neft qiymətləri ilə bağlı proqnozlarını azaldıb

"Deutsche Bank" neft qiymətləri ilə bağlı proqnozlarını azaldıb Proqnoz: Neftin qiyməti 40 dollara düşərsə, ABŞ-da aktiv neft quyularının sayında artım dayana bilər
Energetika
6 İyul , 2017 11:52
Deutsche Bank neft qiymətləri ilə bağlı proqnozlarını azaldıb

Bakı. 6 iyul. REPORT.AZ/ Dünya bazarında "WTI" markalı neftin qiyməti 40 dollar/barelə və ya daha aşağı enərsə, o zaman ABŞ-da aktiv neft quyularının sayında artım prosesi dayana bilər. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, belə bir proqnoz "Deutsche Bank"ın analitikləri tərəfindən verilib. 

Analitiklər bu ehtimalı onunla izah edirlər ki, neftə tələbat sabit qalmaqda davam edəcək, lakin OPEC və ona üzv olmayan ölkələr neft hasilatının azaldılması ilə bağlı anlaşmanı növbəti dəfə uzatmayacaq. Bu səbəbdən hazırda neftin qiyməti elə bir səviyyəyə enmək istəyir ki, bu səviyyədə ABŞ-da aktiv neft quyularının sayı artmasın.

"Report"un analitik qrupu bildirir ki, məhz ötən həftə "WTI" markalı neftin qiymətinin 42 dollar/barelə enməsi ilə bərabər ABŞ-da aktiv neft quyularının sayı 23 həftəlik artımdan sonra 2 ədəd azalma göstərib. Bu da onu göstərir ki, neft bazarında önəmli hadisələr baş verməsə, neftin qiyməti 40-50 dollar/barel diapazonunda dəyişəcək. Qiymət artımı isə dünya neft hasilatında hər hansı bir problemlə mümkün ola bilər. Azalma isə Liviya, Nigeriya və ABŞ-da neft hasilatının artması, həmçinin OPEC anlaşmasının bitməsi nəticəsində baş tuta bilər.

"Deutsche Bank" həmçinin neftin qiyməti üçün verdiyi proqnozları aşağı salıb. Belə ki, "Brent" markalı neft üzrə 2018-ci il üçün 63 dollar/barel olan orta qiymət proqnozu 54 dollar/barelə, 2019-cu il üçün 65 dollar/barel olan proqnoz 56 dollar/barelə, uzunmüddətli perspektiv üçün isə 65 dollar/barel olan proqnoz 60 dollar/barelə endirilib.

Son xəbərlər

Orphus sistemi