Yuxarı
    Bağlamaq

    ​DESFA ilə bağlı son qərar 2016-cı ilin əvvəlində veriləcək

    Bunu  Yunanıstan Dövlət Aktivlərinin İnkişafı Fondunun rəhbəri deyib

    Bakı. 10 dekabr. REPORT.AZ/ Yunanıstanın qazpaylayıcı operatoru olan DESFA şirkətinin 17%-lik səhm zərfinin İtaliyanın "Snam", Belçikanın "Fluxys" və ya İspaniyanın "Enagas" şirkətinə satılması ilə bağlı əsas müqavilə 2016-cı ilin birinci rübündə imzalanacaq. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlama verən Yunanıstan Dövlət Aktivlərinin İnkişafı Fondunun (HRADF) rəhbəri Stergios Pitsiorlas deyib.

    S.Pitsiorlasın sözlərinə görə, DESFA məsələsi ilə əlaqədar artıq tərəflər arasında zəruri məxfilik sazişi imzalanıb və hazırda təkliflər Avropa Rəqabət Komissiyası tərəfindən nəzərdən keçirilir.

    Qeyd edək ki, 2013-cü ilin iyununda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) DESFA ilə bağlı Yunanıstan hökumətinin keçirdiyi tenderin qalibi olub və 400 mln. avroya bu şəbəkənin 66%-ni alıb. Hazırda isə müzakirələr yunan hökumətinin DESFA-nın SOCAR-a məxsus 17%-lik hissəsinin digər şirkətlərə satılması ətrafında aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi