Yuxarı

Derek Hoqan: "ABŞ enerji inqilabı edir"

ABŞ-ın müvəqqəti işlər vəkili Derek Hoqan: ABŞ qarşıdakı bütün çətinliklərin aradan qaldırılmasında hər zaman Azərbaycanın tərəfdaşıdır

Bakı. 21 noyabr. REPORT.AZ/ ABŞ dünya miqyasıında enerji inqilabı edir və bu, yekunda regional enerji bazarlarında sabitləşməyə kömək edəcək. “Report”un xəbər verdiyi kimi, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan bildirib.

Onun sözlərinə görə, əgər əvvəllər ABŞ ərazisində yalnız yanacaq terminalları inşa edirdisə, hazırkı mərhələdə ölkə artıq istehsalçıya cevrilir: "İnanıram ki, bu onilliyin sonunda ABŞ ən böyuk enerji istehsalçısı olacaq".

D.Hoqan qeyd edib ki, ABŞ-da indəyədək 7 LNG layihəsi (maye qaz istehsalı) təstiq edilib və gələcəkdə bunun sayının 50-yə çatdırılması nəzərdə tutulub. Artıq yaxın 1-2 ilə ölkə maye qazını daxili bazarda son istehlakçıya çatdırmağı planlaşdırır.

ABŞ-da maye qaz istehsalının artmasından sonra rəsmi Vaşinqtonun Xəzər qazına marağının azalıb-azalmayağı barədə suala cavab verən amerikalı diplomat qeyd edib ki ki, Xəzər qazı daha çox ABŞ-ın Avropadakı tərəfdaşları üçün əhəmiyyətlidir: "Bizim üçün Azərbaycan və Xəzər hər zaman əhəmiyyətlidir. Xəzər ölkələri, o cümlədən Azərbaycan da enerji tərəfdaşlarımızdır. Hesab edirəm ki, Azərbaycan və Xəzər regionu enerji təhlükəsizliyi üçün çox böyük şərait yaradır. ABŞ qarşıdakı bütün çətinliklərin aradan qaldırılmasında hər zaman Azərbaycanın tərəfdaşıdır".

Bununla yanaşı D.Hoqan Transxəzər qaz boru kəmərinin inşası perspektivlərinə münasibət bildirib: "Düşünürük ki, bu, ağlabatan layihədir. Hüquqi çərçivə hazırlanmalıdır və biz də bunu gözləyirik. Hüquqi çərçivə üçtərəfli hazırlanmalıdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi