"Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) Avrasiya məkanında mühüm enerji layihələrindən biridir".
"Report" xəbər verir ki, bunu
O vurğulayıb ki, bu layihə Türkiyə-Azərbaycan birgə siyasi iradəsinin nəticəsidir və eyni zamanda digər ölkələrin iştirakı və özəl şirkətlərin maliyyə dəstəyi ilə reallaşdırılır: "Noyabrın 30-da Türkiyənin Ədirnə şəhərində Avrasiya məkanında mühüm enerji layihələrindən biri olan TANAP qaz kəmərinin açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti
"TANAP-ın istifadəyə verilməsi göstərir ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır və bu layihənin reallaşması ölkəmizin daha da inkişaf etməsi üçün əlavə imkanlar yaradır".
Rauf ƏliyevDeputat
Azərbaycan belə genişmiqyaslı iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəni həyata keçirməklə beynəlxalq aləmdə nüfuzunun daha da artmasını təmin edir".
TANAP Cənub Qaz Dəhlizinin tərkib hissəsi olaraq “Şahdəniz-2” yatağından hasil edilən qazı Türkiyə və bu ölkədən Avropaya nəql edən bir layihədir. TANAP Türkiyə -Gürcüstan sərhədində Cənub Qaqaz Boru kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə Trans- Adriatik (TAP) qaz boru kəmərinə birləşir. Uzunluğu 1800 km uzunluğunda olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 mlrd. kubmetrdir və sonradan bu həcmin 31 mlrd. kubmetrdək artırılması nəzərdə tutulub.