​Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində tələbələr üçün təşkil olunan təlimlər başa çatıb

​Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində tələbələr üçün təşkil olunan təlimlər başa çatıb 123 tələbənin iştirak etdiyi təlimlərin yekununda onlara Beynəlxalq Dəniz Təşkilatının sertifikatları təqdim olunub
Energetika
14 İyul , 2015 20:27
​Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində tələbələr üçün təşkil olunan təlimlər başa çatıb

Bakı. 14 iyul. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə təhsil alan I kurs tələbələri SOCAR-ın Təlim,Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində təşkil olunub “Stasionar dəniz platformalarının və üzən qazma qurğularının heyətləri üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” kursunda iştirak ediblər.

“Report” SOCAR-a istinadən bildirir ki, təlimlərdə tələbələrə istehsalatda baş verə biləcək qəza və fövqəladə hallar zamanı təhlükəsizlik texnikası qaydaları, dəniz şəraitində iş vaxtı təhlükəsizlik, yanğın təhlükəsizliyi, hidrotexniki qurğuların quraşdırılmasında təhlükəsizlik, qəza hallarında təhlükəsizliyin təmin olunması, helikopter, qayıq və sallardan istifadə zamanı təhlükəsizlik qaydaları, eləcə də ilkin tibbi yardım göstərilməsi haqqında biliklər verilib.

BANM və TTSİ arasında əməkdaşlıq haqqında müqavilə çərçivəsində reallaşdırılmış təlimlər beynəlxalq standartlara uyğun və Azərbaycanınqoşulduğu konvensiyaların tələbləri çərçivəsində həyata keçirilib. 4 qrup üzrə 123 tələbənin iştirak etdiyi təlimlərin yekununda onlara Beynəlxalq Dəniz Təşkilatının sertifikatları təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi