Yuxarı

"Dədə Qorqud" qazma qurğusu "AÇG" blokuna aparılacaq

Qazma qurğusunda aparılan yenidənqurma işləri artıq başa çatıb

Bakı. 10 noyabr. REPORT.AZ/ "BP-Azerbaijan" şirkəti Bakı Gəmiqayırma Zavodunda təmir edilən "Dədə Qorqud" üzən qazma qurğusu ilə "Azəri-Çıraq-Günəşli" ("AÇG") yataqları sahəsində qazma işlərini davam etdirmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin regional prezidenti Qordon Birrell bildirib.

O qeyd edib ki, qazma qurğusunda yenidənqurma işləri artıq başa çatıb və bir neçə həftədən sonra qazma qurğusu sahəyə gətirilərək qazma işlərinə başlanacaq.

Qeyd edək ki, "Dədə Qorqud" qazma qurğusu 1996-cı ilin avqust ayından fəaliyyətdədir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi