​David Məmmədov: "Azərneftyağ"ın tamamilə bağlanmasına 2018-ci ildə başlanıla bilər - YENİLƏNİB

​David Məmmədov: "Azərneftyağ"ın tamamilə bağlanmasına 2018-ci ildə başlanıla bilər - YENİLƏNİB Vitse-prezident: "SOCAR-ın iki neft emalı müəssisələri fərqli məhsullar istehsal edir"
Energetika
25 Dekabr , 2014 13:20
​David Məmmədov: Azərneftyağın tamamilə bağlanmasına 2018-ci ildə başlanıla bilər - YENİLƏNİB

Bakı. 25 dekabr. REPORT.AZ/ "Hazırda "Azərneftyağ" zavodunun ümumiyyətlə bağlanmasından söhbət gedə bilməz, çünki Azərbaycandakı iki neft emalı zavodu fərqli məhsullar istehsal edir".

"Report"un məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədov deyib: "Hazırda "Azərneftyağ "da bitum istehsal edilir. Əgər Heydər Əliyev adına zavod da bitum istehsal etsəydi, o zaman "Azərneftyağ " çoxdan bağlanmışdır".

"Azərneftyağ"ın gələn il üçün fəaliyyət planlarına gəlincə, D.Məmmədov bunun əvvəlcədən demək çətin olduğunu qeyd edib: "Amma onu deyim ki, "Azərneftyağ"ın illik gücü 2 mln. tona bərabərdir".

Müəssisənin tamamilə bağlanması ilə bağlı məsələyə gəldidkə isə SOCAR rəsmisi deyib ki, bu, H.Əliyev adına Neft Emalı Zavodunun tam təkmilləşdirilməsindən sonra mümkün ola bilər: "Biz bunu iki mərhələdə aparırıq. İkinci mərhələnin sonu 2018-ci ilə təsadüf edəcək. Əgər işləri tam yerinə yetirə bilsək, ola bilər ki, 2018-ci ildə "Azərneftyağ"ın bağlanmasına başlanılsın".

SOCAR-ın vitse-prezident Suleyman Qasımov isə əlavə edib ki, "Azəreftyağ" zavodu artıq yoxdur: "Amma onun qurğuları indi istifadə edilir. Hesab edirəm ki, bu zavodun fəaliyyəti tamamilə 2030-cu ildə ləğv ediləcək. Çünki yeni Neft-qaz emalı və Neft-kimya Kompleksi 2030-cu ildə tamamilə hazır olacaq".

Xatırladaq ki, SOCAR prezidentinin 2014-cü il 24 dekabr tarixli əmri ilə "Azərneftyağ" Neft Emalı Zavodunun Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna qoşulmaqla 2015-ci il yanvarın 1-dən fəaliyyətinə xitam verilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi