Yuxarı

“Darvin bankası” yatağında yeni quyu istismara verilib

Quyu sutkalıq 7 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib

Bakı. 1 sentyabr. REPORT.AZ/ “Darvin bankası” yatağındakı 720 nömrəli özüldən 766 nömrəli quyu qazmadan sonra istismara verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkialtı Lay Dəstəsinə qazılan quyu 1 429-1 412 metr intervaldan sutkalıq 7 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi