Dardanel boğazında iki neft tankeri toqquşub

Dardanel boğazında iki neft tankeri toqquşub Hər iki tanker müvəqqəti olaraq sahilə yan alıb
Energetika
30 Noyabr , 2016 18:00
Dardanel boğazında iki neft tankeri toqquşub

Bakı. 30 noyabr. REPORT.AZ/ Bu gün Dardanel boğazında (Türkiyə) Rusiya limanlarından gələn iki neft tankeri toqquşub.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, neft dağılması riski yoxdur.

Məlumata görə, tankerlər Novorossiysk limanından İtaliyanın Tries limanına 140 min ton neft daşıyan, Türkiyə bayrağı ilə hərəkət edən “Besiktas Bosphorus” və Qafqaz limanından Maltanın Valetta limanına 4,7 min ton neft daşıyan Baham adaları bayrağı ilə üzən “Chryssi” tankeri olub.

İlkin məlumata görə, ekipaj üzvlərindən xəsarət alan yoxdur, tankerlərə isə ziyan dəyib. Hər iki tanker müvəqqəti olaraq sahilə yan alıb, hadisənin səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi