​Daha bir neftçi xəstəxanadan evə buraxılıb

​Daha bir neftçi xəstəxanadan evə buraxılıb Məlumata görə, 1985-ci il təvəllüdlü Orucov Rəman Atakişi oğlu bu gün günorta saatlarında ambulator müalicə üçün evə buraxılıb
Energetika
17 Dekabr , 2015 13:55
​Daha bir neftçi xəstəxanadan evə buraxılıb

Bakı. 17 dekabr. REPORT.AZ/ "Günəşli" yatağında baş verən qəzada xəsarət alan və müalicəsini Mərkəzi Neftçilər Xəstəxanasında davam etdirən xəstələrdən biri bu gün evə buraxılıb. Bunu "Report"a açıqlamasında xəstəxananın mətbuat katibi Aytən Fətəliyeva bildirib.

Məlumata görə, 1985-ci il təvəllüdlü Orucov Rəman Atakişi oğlu bu gün günorta saatlarında ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, bununla da xəstəxanada müalicə olunan xəstələrin sayı 14-ə düşüb.

Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 7 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib. "Neft daşları"ında baş verən qəzada itkin düşən 3 neftçi də daxil olmaqla, 23 nəfərin axtarışı davam etdirilir.

Son xəbərlər

Orphus sistemi