COVID-19 peyvəndi ətrafındakı nikbinliklə əlaqədar neft bahalaşır

COVID-19 peyvəndi ətrafındakı nikbinliklə əlaqədar neft bahalaşır “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 49,09, WTI markalı neftin yanvar fyuçersləri isə 45,79 dollar/barelə çatıb.
Energetika
332
10 Dekabr , 2020 11:14
COVID-19 peyvəndi ətrafındakı nikbinliklə əlaqədar neft bahalaşır

Koronavirusa qarşı peyvənd xəbərləri ilə bağlı davam edən nikbinlik fonunda neft qiymətləri cümə axşamı səhər saatlarında yüksəlib.

“Report” “Prime”a istinadən xəbər verir ki, bunu sövdələşmə məlumatları göstərir.

Bakı vaxtı ilə saat 08:47-yə olan məlumata görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 0,47% artaraq bir barel üçün 49,09 ABŞ dollarına, WTI markalı neftin yanvar fyuçersləri isə 0,59% artaraq bir barel üçün 45,79 ABŞ dollarına çatıb.

Qeyd edək ki, vaksinasiya ilə xəbərlər xammala tələbatın bərpa olunacağı ilə bağlı nikbinliyi artırır. Eyni zamanda qısamüddətli perspektivdə neft qiymətləri mövcud tələb-təklif tarazlığının pozulması fonunda təzyiq altında qalır. Belə ki, ABŞ-da ticari neft ehtiyatları son bir həftə ərzində 15,2 milyon barel və ya 3,1% artıb.

Bundan əlavə, İraqdan gələn xəbərlər neft qiymətlərinə azacıq dəstək verir.

Xatırladaq ki, çərşənbə günü Kərkük vilayətinin cənub-qərb hissəsindəki iki neft quyusunda partlayış baş verib.

Son xəbərlər

Orphus sistemi