Con Bolton: "ABŞ İranın neft ixracının qarşısını almaq üçün təzyiqlərini daha da artıracaq"

Con Bolton: "ABŞ İranın neft ixracının qarşısını almaq üçün təzyiqlərini daha da artıracaq" Bakı. 13 noyabr. REPORT.AZ/ ABŞ İranın neft ixracının qarşısını almaq üçün təzyiqlərini daha da artıracaq.
Energetika
13 Noyabr , 2018 16:16
Con Bolton: ABŞ İranın neft ixracının qarşısını almaq üçün təzyiqlərini daha da artıracaq

Bakı. 13 noyabr. REPORT.AZ/ "ABŞ İranın neft ixracının qarşısını almaq üçün təzyiqlərini daha da artıracaq".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Sinqapurda jurnalistlərlə görüşü zamanı ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bildirib.

“Elə əvvəldə məqsədimiz İranın neft ixracının qarşısını almaq olub. İndi bizim niyyətimiz onları daha çox sıxışdırmaqdır. İngilislərin atalar sözündə deyildiyi kimi, ciyiltiləri çıxanadək sıxışdırmaq”, - C.Bolton qeyd edib.

Qeyd edək ki, noyabrın 5-dən ABŞ hökuməti İranın neft ixracına qarşı yönələn əlavə sanksiyalar tətbiq edərək bütün ölkələri İran neftinin idxalını dayandırmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi