CNPC İranın qaz yatağına investisiya qoyuluşunu dayandırıb

CNPC İranın qaz yatağına investisiya qoyuluşunu dayandırıb Bakı. 12 dekabr. REPORT.AZ/ Çinin Milli Neft-Qaz Şirkəti (CNPC) İranın “Cənubi Fars” qaz yatağına investisiyaları dayandırıb.
Energetika
12 Dekabr , 2018 16:37
CNPC İranın qaz yatağına investisiya qoyuluşunu dayandırıb
0 : 00
0 : 00

Bakı. 12 dekabr. REPORT.AZ/ Çinin Milli Neft-Qaz Şirkəti (CNPC) İranın “Cənubi Fars” qaz yatağına investisiyaları dayandırıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə qərar Pekində Çinlə ABŞ arasında keçirilən dörd mərhələli danışıqlar zamanı ABŞ tərəfinin “Cənubi Fars” yatağına sərmayə yatırmamaq tələbindən sonra verilib.

Hazırda nə CNPC, nə də İran tərəfi sərmayələrin dayandırılması xəbərini şərh edir.

Xatırladaq ki, noyabrın 25-də İranın neft nazir Bijan Namdar Zəngənə Fransanın “Total” konserni əvəzinə CNPC-nin “Cənubi Fars” layihəsinin 11-ci fazasına rəsmən qoşulduğunu açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi