CNPC: Bu il neftin orta qiyməti 60-65 dollar/barel olacaq

CNPC: Bu il neftin orta qiyməti 60-65 dollar/barel olacaq Neftə tələbat 2017-ci ildəki qədər artmayacaq
Energetika
16 Yanvar , 2018 17:53
CNPC: Bu il neftin orta qiyməti 60-65 dollar/barel olacaq

Bakı. 16 yanvar. REPORT.AZ/ Dünya bazarında "Brent" markalı neftin orta qiyməti 2018-ci ildə 60-65 dollar/barel təşkil edəcək.

"Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu proqnozu Çinin CNPC milli neft-qaz şirkəti verib.

CNPC-nin proqnozunda həmçinin bildirilir ki, 2018-ci ildə "Brent" markalı neftin qiyməti 50-75 dollar/barel diapazonunda dalğalanacaq. Bununla yanaşı, hesabatda "Brent" və WTI markalı neft qiymətləri arasında fərq 3-5 dollar/barel təşkil edəcək. 

"Qlobal neft tələbi 1,4 mln. barel/gün artaraq 98,7 mln. barel/günə yüksələcək. Neftə tələbatın artım tempinin həcmi 2017-ci illə müqayisədə azalacaq. Tələbatın artması yüksək qiymətlər və alternativ enerji mənbələri, enerji effektivliyinin artması səbəbindən aşağı olacaq. ABŞ-da neft hasilatı 0,5-0,8 mln. barel/gün artaraq 10 mln. barel/günə çatacaq. Qlobal neft ehtiyatlarını son 5 illik orta həddə qədər endirmək çətinləşəcək. Çinin neftə tələbatı isə gözlənilən səviyyədə olmayacaq", - deyə hesabatda qeyd olunub.