CNG avadanlıqlarının quraşdırılmasında faizsiz taksitli ödəniş sisteminin tətbiqinə başlanılıb

CNG avadanlıqlarının quraşdırılmasında faizsiz taksitli ödəniş sisteminin tətbiqinə başlanılıb “SOCAR Petroleum” QSC-nin tərəfdaş şirkəti olan “CNG Autogas” MMC müasir, təhlükəsiz, ekoloji təmiz və iki dəfə qənaətcil sıxılmış təbii qaz (CNG) yanacağından faydalanmaq üçün CNG avadanlıqlarının nəqliyyat vasitələrinə quraşdırılması işinin asanlaşdırılması məqsədilə sıfır faizli taksitli ödəniş sisteminin tətbiqinə başlayıb.
Energetika
26 Aprel , 2019 10:34
CNG avadanlıqlarının quraşdırılmasında faizsiz taksitli ödəniş sisteminin tətbiqinə başlanılıb

SOCAR Petroleum” QSC-nin tərəfdaş şirkəti olan “CNG Autogas” MMC müasir, təhlükəsiz, ekoloji təmiz və iki dəfə qənaətcil sıxılmış təbii qaz (CNG) yanacağından faydalanmaq üçün CNG avadanlıqlarının nəqliyyat vasitələrinə quraşdırılması işinin asanlaşdırılması məqsədilə sıfır faizli taksitli ödəniş sisteminin tətbiqinə başlayıb.

“SOCAR Petroleum”dan “Report”a verilən məlumata görə, tətbiq olunmuş ödəniş sistemi “Kapital bank”ın faizsiz və komissiyasız “Bir Kart” taksit kartıdır. “Artıq “BirKart” sahibləri olan müştərilər “CNG Autogas” MMC-dən CNG avadanlıqlarının qiymətini 6 və ya 12 aya bölüb əlavə faiz ödəmədən taksitlə əldə edə bilərlər”,- məlumatda bildirilib.

Qeyd edək ki, “SOCAR Petroleum” QSC-nin yanacaq doldurma şəbəkəsinin artıq beş məntəqəsində CNG ilə işləyən nəqliyyat vasitələri CNG yanacağı əldə edirlər. Hazırda “SOCAR Petroleum” QSC cari ilin sonunadək Bakı və ətrafda yerləşən CNG yanacaq doldurma məntəqələrinin sayını 21-dək çatdırılmasını planlaşdırır və bu istiqamətdə işlər aparır.

Azərbaycanda CNG-in bir kubmetrinin qiyməti 0,45 manat təşkil edir.

Son xəbərlər

Orphus sistemi