“City & Guilds Group” kvalifikasiya qurumu SOCAR-ın Qobustan regional təlim mərkəzini akkreditasiya edib

“City & Guilds Group” kvalifikasiya qurumu SOCAR-ın Qobustan regional təlim mərkəzini akkreditasiya edib Bakı. 17 dekabr. REPORT.AZ/ Bu günlərdə SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Qobustan regional təlim mərkəzi dünyanın tanınmış “City & Guilds Group” kvalifikasiya qurumu (The City and Guilds of London Institute) tərəfindən akkreditasiya edilib, eləcə də Mərkəzin tədris etdiyi 3 ixtisas - Avadanlıqlara texniki xidmət; Qaynaq-quraşdırma; Elektrik-elektronika beynəlxalq təşkilat tərəfindən tanınıb.
Energetika
17 Dekabr , 2018 15:33
“City & Guilds Group” kvalifikasiya qurumu SOCAR-ın Qobustan regional təlim mərkəzini akkreditasiya edib

Bakı. 17 dekabr. REPORT.AZ/ Bu günlərdə SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Qobustan regional təlim mərkəzi dünyanın tanınmış “City & Guilds Group” kvalifikasiya qurumu (The City and Guilds of London Institute) tərəfindən akkreditasiya edilib, eləcə də Mərkəzin tədris etdiyi 3 ixtisas - Avadanlıqlara texniki xidmət; Qaynaq-quraşdırma; Elektrik-elektronika beynəlxalq təşkilat tərəfindən tanınıb.

SOCAR-dan “Report”a verilən məlumata görə, sözügedən 3 ixtisas üzrə maksimum tədris müddəti 10 aydır. Təlim mərkəzində aparılan 10 aylıq tədrisdən sonrakı 2 ay ərzində ixtisaslı fəhlə kadrları qismində müdavimlər SOCAR-ın müəssisələrində istehsalat təcrübəsi keçirlər. İstehsalat təcrübəsindən sonra həmin müdavimlər təlim mərkəzində təşkil olunan yekun imtahanda müvəffəqiyyət qazandıqda təlim prosesini uğurla başa çatdırmış hesab olunurlar.

TTSİ-nin işçi heyəti, təlim prosedurları, metodiki qaydaları, qiymətləndirmə sistemi, habelə Qobustan regional təlim mərkəzinin tədris fəaliyyəti haqqında məlumatlar və göstəricilər “City & Guilds Group” kvalifikasiya qurumunun ekspertləri tərəfindən araşdırıldıqdan sonra təqdim olunan sənədlərin uyğunluğu qurumun Keyfiyyət üzrə məsul rəhbəri tərəfindən təsdiq edilib. Həmçinin Qobustan regional təlim mərkəzində “City & Guilds Group” kvalifikasiya qurumunun kənar auditoru tərəfindən sahə auditi başa çatdırıldıqdan sonra Qobustan regional təlim mərkəzi 3 ixtisası tədris etmək üçün "City & Guilds Group" kvalifikasiya qurumu tərəfindən akkreditasiya edilib. Bu, SOCAR-ın regionda həyata keçirdiyi irimiqyaslı layihələr çərçivəsində neft-qaz istehsalat obyektlərində çalışan texniki heyətin peşə hazırlığını təkmilləşdirməsi istiqamətində növbəti uğurudur.

Qeyd edək ki, 2005-ci ildən fəaliyyət göstərən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi 5 təlim mərkəzindən, qaynaq sexlərindən, fiziki və mexaniki sınaq laboratoriyalarından ibarətdir. İdarənin mütəxəssisləri tərəfindən dəniz neftçilərinə beynəlxalq müqavilələr əsasında beynəlxalq standartlara və beynəlxalq dəniz konvensiyalarının tələblərinə uyğun təlimlər keçirilir. Həmçinin SOCAR-ın strukturuna daxil olan müəssisələrdə standartların tətbiqi və onlara nəzarət TTSİ-nin fəaliyyət sferasına daxildir. İdarə fəaliyyətdə olduğu müddət ərzində ayrı-ayrı peşələr və ixtisaslar üzrə tədris olunan təlim kurslarının 100 mindən artıq iştirakçısına sertifikat təqdim olunub.

1878-ci ildə Böyük Britaniyada əsası qoyulmuş “City & Guilds Group” kvalifikasiya qurumu, 100-dən çox ölkədə fəaliyyət göstərir. Hazırda qurum ətrafında 1300 nəfərlik işçi heyəti və 200 nəfərlik təlim məsləhətçi şəbəkəsi, 350-dən çox işəgötürən birləşib. Qurum sənayenin 28 sektorunda 600 ixtisas üzrə ildə təxminən 1000000 sertifikat təqdim edir və hazırkı dövrədək 10000-dən çox təlim mərkəzini akkreditasiya edib.

Son xəbərlər

Orphus sistemi