"Citigroup": Neftin 10 dollar bahalaşmasi gözlənilir

"Citigroup": Neftin 10 dollar bahalaşmasi gözlənilir Anlaşma uzadılmasa, neft kəskin ucuzlaşacaq
Energetika
18 Aprel , 2017 12:36
Citigroup: Neftin 10 dollar bahalaşmasi gözlənilir

Bakı. 18 aprel. REPORT.AZ/ Neft hasilatının azaldılmasına dair Vyana anlaşmasının müddəti uzadılacağı təqdirdə "Brent" markalı neftin qiyməti 2017-ci ilin sonuna 10 dollar bahalaşaraq 65 dollar/barel təşkil edəcək. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, belə bir proqnoz ABŞ-ın "Citigroup" analitikləri tərəfindən verilib. 

Ekspertlərin fikrincə, OPEC və ona üzv olmayan ölkələrin neft hasilatının azaldılması barədə anlaşmanı uzatmaları və qlobal neft ehtiyatlarının azalması ilin sonuna neft qiymətlərinin yüksəlməsinə gətirib çıxaracaq. Bununla yanaşı analitiklər bildiriblər ki, ABŞ-da neft hasilatının artması, OPEC və ona üzv olmayan ölkələrin hasilatı azaltması ilə kompensasiya ediləcək.

"Citigroup" həmçinin qeyd edir ki, hasilatın azaldılması anlaşması uzadılmazsa, neft qiymətlərini kəskin azalma gözləyir.

Son xəbərlər

Orphus sistemi