"Citigroup": Bu il neft tədricən ucuzlaşacaq

"Citigroup": Bu il neft tədricən ucuzlaşacaq Bu il ABŞ-da hasilat 11 mln. barel/gün həddinə çatacaq
Energetika
9 Fevral , 2018 11:09
Citigroup: Bu il neft tədricən ucuzlaşacaq

Bakı. 9 fevral. REPORT.AZ/ Dünya bazarında neftin qiymətində korreksiya davam edir və qiymətlərin daha da enməsi potensialı var. 

"Report" xəbər verir ki, bu xəbərdarlıqla "Citigroup"ın (ABŞ) analitikləri çıxış ediblər.

Analitiklərin fikrincə, neft bazarı tələbin zəiflədiyi mövsümə yaxınlaşır. Bununla yanaşı, ABŞ-da neft hasialtı ötən həftə 10 mln. barel/gün səviyyəsini ötüb və tarixi rekord səviyyəyə çatıb. Son zamanlar ABŞ-da aktiv neft quyularının sayında sabitlik neft treyderlərinin bir qədər nikbin olmasına gətirib çıxarsa da, hasilatın kəskin artması uzun mövqelərin sürətlə azaldılımasına səbəb ola bilər.

"Citigroup" yayın sonuna qədər ABŞ-da neft hasilatının 11 mln. barel/günü ötə biləcəyini bildirir. ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsi (EIA) isə hasilatın 11 mln. barel/gün həddinə IV rübdə çatacağını proqnozlaşdırır.

"Citigroup" ilk rübdə "Brent" markalı neftin orta qiymətinin 65 dollar/barel, II rübdə 58 dollar/barel, III rübdə 54 dollar/barel, IV rübdə isə 52 dollar/barel olacağını ehtimal edir.

Son xəbərlər

Orphus sistemi