"Citibank": Rusiya OPEC+ anlaşmasının uzadılmasının əleyhinə çıxış edə bilər

"Citibank": Rusiya OPEC+ anlaşmasının uzadılmasının əleyhinə çıxış edə bilər Bakı. 17 noyabr. REPORT.AZ/ Rusiyanın neft hasilatı 2020-ci ilə qədər 12 mln. barel/günə çatacağı üçün onun OPEC+ anlaşmasını uzatmaq istəməməsi mümkündür. 
Energetika
17 Noyabr , 2017 12:17
Citibank: Rusiya OPEC+ anlaşmasının uzadılmasının əleyhinə çıxış edə bilər

Bakı. 17 noyabr. REPORT.AZ/ Rusiyanın neft hasilatı 2020-ci ilə qədər 12 mln. barel/günə çatacağı üçün onun OPEC+ anlaşmasını uzatmaq istəməməsi mümkündür. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu açıqlamanı ABŞ-ın nüfuzlu "Citibank" investisiya bankı verib.

Bankdan bildirilib ki, OPEC+ anlaşması bitdikdə Rusiya azaltdığı 300 min barel/gün həcminin 95%-ni və ya 285 min barel/gün hissəsini tezliklə bərpa edə biləcək. Belə ki, Rusiya hasilatı əsasən yüksək məhsuldarlığı olan yataqlarda azaldıb. Azaldılan həcmin 170 min barel/gün hissəsi "Rosneft"ə aiddir.

Xatırladaq ki, noyabrın 15-də Moskvada Energetika Nazirliyində energetika şirkətlərinin top-menecerlərinin nazir Aleksandr Novakla görüşdən məyus çıxdıqları bildirilir. Görüşdən sonra açıqlama verən "Qazpromneft"in rəhbəri Aleksandr Dyukov qeyd edib ki, tam qərar alınmayıb: "Gələn həftə toplanıb bir daha neft sektorunun monitorinqi və müzakirələrinə davam edəcəyik".

Son xəbərlər

Orphus sistemi