Bakı. 19 fevral. REPORT.AZ/ Bu ilin ikinci yarısında ABŞ-da neft hasilatının artması fonunda neft kəskin ucuzlaşacaq.
"Report" xəbər verir ki, bu proqnozla "Citibank" çıxış edib.
ABŞ bankının proqnozuna əsasən, neft qiymətlərində azalma 2019-cu ilin ilk rübünə qədər davam edəcək və "Brent" markalı neftin qiyməti 50 dollar/bareldən də aşağı düşəcək. Lakin bundan sonra Yaxın Şərqdə geosiyasi gərginliyin artması gözləntiləri diqqətə alınaraq qiymətlərin 90-100 dollar/barelə qədər artacağı ehtimal edilir.