"Çıraq" platformasında hasilat bərpa edilib

"Çıraq" platformasında hasilat bərpa edilib "BP-Azerbaijan": Proqram üzrə nəzərdə tutulmuş bütün işlər uğurla başa çatdırılıb
Energetika
11 Dekabr , 2015 11:57
Çıraq platformasında hasilat bərpa edilib

Bakı. 11 dekabr. REPORT.AZ/ Planlaşdırılmış profilaktik işlər proqramından sonra "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundakı "Çıraq" platforması yenidən işə salınıb. Bu barədə "Report"a yataqlar blokunun operatoru olan "BP-Azerbaijan" şirkətindən bildirilib.

"Proqram üzrə nəzərdə tutulmuş bütün işlər uğurla və tam təhlükəsiz şəkildə başa çatdırılıb", - deyə şirkətdən qeyd olunub.

Qeyd edək ki, noyabrın 10-da "Çıraq" platformasının planlaşdırılmış dayandırılması proqramı həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi