Yuxarı

Çinin "Sinopec" şirkəti bu il 1 mlrd. ABŞ dolları investisiya qoyacaq

Sinopec neft kəşfiyyat xidməti şirkəti 4,5 mlrd. yuan zərərini açıqlayıb

Bakı. 31 avqust. REPORT.AZ/ Çinin "China Petrochemical" neft-qaz şirkətinin qazma və xidmət törəmə şirkəti "Sinopec" 2016-cı ilin ilk yarısında keçən ilin analoji dövrü ilə müqayisədə 3 dəfədən çox artaraq 4,44 mlrd. yuana (660 mln. ABŞ dolları) çatıb. 

İlin ilk yarısında şirkətin gəlirləri 9,2% azalaraq 18,7 mlrd. yuana (2,8 mlrd. dollar) geriləyib. Nəticədə "Sinopec"in səhmləri 1,34% azalaraq 1,47 dollara düşüb. Shanghai birjasının bu il 5.1% artmasına baxmayaraq "Sinopec"in səhmləri ilin əvvəlindən 27,6% azalıb.

Şirkət, ölkə xaricində 1,71 mlrd. ABŞ dolları həcmində investisiya müqavilələri bağlayıb. Bu müqavilələrin demək olar yarısı Orta Şərq bölgəsində yer alıb. 

"Sinopec" 2016- cı ildə 1 mlrd. ABŞ dolları həcmində xarici investisiya qoyuluşu planlaşdırdığını açıqlayıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi