Çinin "Sinopec" şirkəti ABŞ-dan idxal edilən ilk neft partiyasının emalına başlayıb

Çinin "Sinopec" şirkəti ABŞ-dan idxal edilən ilk neft partiyasının emalına başlayıb 42 min ton neft daşıyan tanker mayın 7-dən Çjantszyan limanında lövbər salıb
Energetika
4 İyun , 2016 10:30
Çinin Sinopec şirkəti ABŞ-dan idxal edilən ilk neft partiyasının emalına başlayıb

Bakı. 4 iyun. REPORT.AZ/ Çinin "Sinopec" neft-qaz korporasiyası 40 il ərzində ilk dəfə ABŞ-dan idxal edilən neftin emalına başlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, Çinin "Sina" portalı 42 min ton neft daşıyan tankerin bu il mayın 7-dən Çjantszyan limanında (Quandun əyaləti, Cənubi Çin) lövbər saldığını məlumat verib.

Çinə 130 min ton neft daşıyan ikinci gəminin iyunun 20-də gələcəyi gözlənilir.

Ümumiyyətlə, ötən ilin sonlarında ABŞ Konqresi Çinə xam neft ixracına dair embarqonu ləğv edib. Bu məhdudiyyət 40 il ərzində qüvvədə qalıb.

Xatırladaq ki, 2015-ci ilin sonuna qədər Çinin idxal etdiyi neftin həcmi 7% artaraq 330,94 milyon tona çatıb. Dəyər baxımından isə qara qızılın idxal həcmi 41,9% azalaraq 132,76 milyard ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi