Çinin enerji nəhəngi xalis mənfəətini 2,7 dəfə artırıb

Çinin enerji nəhəngi xalis mənfəətini 2,7 dəfə artırıb Bakı. 30 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarının nəticələrinə əsasən, Çinin enerji nəhəngi “PetroChina” şirkətinin xalis mənfəəti 48,124 mlrd. yuan və ya 6,9 mlrd. ABŞ dolları təşkil edib.
Energetika
30 Oktyabr , 2018 17:57
Çinin enerji nəhəngi xalis mənfəətini 2,7 dəfə artırıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarının nəticələrinə əsasən, Çinin enerji nəhəngi “PetroChina” şirkətinin xalis mənfəəti 48,124 mlrd. yuan və ya 6,9 mlrd. ABŞ dolları təşkil edib.

“Report”un şirkətin hesabatına istinadən verdiyi məlumata görə, bu, ötən ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə 2,7 dəfə çoxdur.

Bu ilin 9 ayında “PetroChina”nın gəlirləri 1,709 trln. yuan və ya  245,7 mlrd. dollar olub ki, bu da daha əvvəlki ilin göstəriciləri ilə müqayisədə 17% çoxdur.

Şirkətin bu ilin 9 ayında neft hasilatı illik nisbətdə 0,5% artaraq 663,3 mln. barel olub. Şirkətin qaz hasilatı ilə 2,662 mlrd. kubmetr olub ki, bu da illik göstərici ilə müqayisədə 4,8% çoxdur.

2018-ci ilin üçüncü rübünün nəticələrinə görə, şirkətin səhmdarlarının payına düşən xalis mənfəət 21,036 mlrd. yuan və ya 3,02 mlrd. dollar təşkil edib ki, bu da əvvəlki ilin göstəricisindən 4,5 dəfə üstündür.

Bu ilin III rübündə “PetroChina” şirkətinin gəlirləri 601,111 mlrd. yuan və ya 86,42 mlrd. dollar olub ki, bu da daha əvvəlki ilin III rübünün göstəricisindən 24,7% çoxdur.

Son xəbərlər

Orphus sistemi