Dünya bazarında neft təxminən 1 % ucuzlaşıb.
“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 1,05 % ucuzlaşaraq 1 bareli 68,78 ABŞ dollarına satılıb.
WTI neftinin avqust fyuçerslərinin qiyməti isə 0,97 % düşüb və 1 bareli 73,42 ABŞ dolları təşkil edib.
Treyderlər iqtisadi artımın zəifləməsi fonunda Çində xammala olan tələbin perspektivləri ilə bağlı narahatlıq keçirirlər.
Qeyd edək ki, Çin dünyanın ən böyük neft istehlakçılarından və idxalçılarından biridir.