Yuxarı

Çin və Yaponiya şirkətləri Azərbaycanın OGPC layihəsinə maraq göstərir

Tofiq Qəhrəmanov: 2030-cu illərdə Qaradağda neft emalı zavodu mütləq olmalıdır

Bakı. 11 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qaradağ rayonunda həyata keçirməyi planlaşdırdığı Neft-qaz emalı və Neft-kimya Kompleksi (OGPC) layihəsində potensial investor kimi iştirak etmək istəyən Yaponiyanın "Mitsui" və Çinin HQC şirkətləri ilə danışıqlar aparır. "Report" xəbər verir ki, bunu jurnalistlərə SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti, OGPC-nin direktoru Tofiq Qəhrəmanov bildirib.

T.Qəhrəmanov xatırladıb ki, bir ildir OGPC layihəsi üzrə aktiv işlər hələlik dayandırılıb: "Bu layihəyə investor, tərəfdaş axtarırıq. Həmin tərəfdaşla birgə müəssisə yaradaraq bu layihəni həyata keçirmək niyyətindəyik. Bizim maliyyə məsləhətçimiz "Societe Generale" şirkətinin hesabatına görə, 2015-ci ilin yanvar ayında "Shell","Total Petrochemicals", Səudiyyə Ərəbistanından şirkətlər OGPC layihəsində iştirak etmək istəyib. Lakin keçən ilin aprel-may aylarından bu şirkətlər layihədən imtina edib".

T.Qəhrəmanov bu layihənin həyata keçirilməsinin çox vacib olduğunu qeyd edib: "Heydər Əliyev adına Neft Emalı Zavodunda böyük modernizasiya işləri aparılacaq, amma bu, təxminən 15-20 illikdir. 2030-cu illərdə Qaradağda neft emalı zavodu mütləq olmalıdır. Hazırda komleksə aid qaz-emalı zavodu və neft- kimya zavodu üçün işlər aparılır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi