Çin və BƏƏ neft-qaz sektorunda əməkdaşlığı artırmaq niyyətindədir

Çin və BƏƏ neft-qaz sektorunda əməkdaşlığı artırmaq niyyətindədir Tərəflər atom enerjisi, “təmiz energetika”, aviasiya və s. sahələrdə əməkdaşlıq imkanlarını araşdıracaq
Energetika
2 May , 2017 13:09
Çin və BƏƏ neft-qaz sektorunda əməkdaşlığı artırmaq niyyətindədir

Bakı. 2 may. REPORT.AZ/ Çin və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) neft sənayesi daxil olmaqla, tərəflər arasında əməkdaşlığı genişləndirmək niyyətindədir.

“Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdula bin Zayid əl Naxayla birgə mətbuat-konfransında bildirib: “Biz qarşılıqlı əməkdaşlığı daha da genişləndirəcək, əlaqələrin gücləndirilməsi və sənayenin yenilənməsi üzərində işləyəcəyik”.

Onun sözlərinə görə, iki ölkə neft-qaz sektorunda, limanların inşasında və digər sahələrdə əməkdaşlığın inkişafının vacibliyini ifadə edib. Çinin xarici işlər naziri əlavə edib ki, tərəflər eyni zamanda atom enerjisi, “təmiz energetika”, aviasiya və aerokosmos sahələrində əməkdaşlıq imkanlarını araşdıracaq.

BƏƏ naziri qeyd edib ki, Çin və BƏƏ arasında ticarət-iqtisadi əlaqələrin inkişafı təkcə iki ölkə üçün deyil, region üçün də vacibdir. Onun sözlərinə görə, tərəflər danışıqlar çərçivəsində uzunmüddətli addımlar üçün böyük konsensusa gəlib və uzunmüddətli əməkdaşlıq üçün plan inkişaf etdirilib.

Son xəbərlər

Orphus sistemi