Çin "Saudi Aramco"nun satışa çıxaracağı səhmlərinin hamısını almaq istəyir

Çin "Saudi Aramco"nun satışa çıxaracağı səhmlərinin hamısını almaq istəyir IPO-nun London və ya Nyu-Yorkda keçiriləcəyi bildirilir
Energetika
17 Oktyabr , 2017 20:18
Çin Saudi Aramconun satışa çıxaracağı səhmlərinin hamısını almaq istəyir

Bakı. 17 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının dövlət neft şirkəti "Saudi Aramco"nun 100 mlrd. ABŞ dolları həcmində satışa çıxarmağı planlaşdırdığı səhmlərinin hamısını Çinin dövlət nəzarətində olan "PetroChina" və "Sinopec" şirkətlərinin almaq istədiyi bildirilir. 

"Report" "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, Çinli şirkətlər 2 trln. ABŞ dolları qiymətləndirilən "Saudi Aramco"nun İPO-dan satmaq istədiyi 5% səhmlərini almaq üçün təklif verib.

Qeyd edək ki, bir qədər əvvəl neft qiymətlərinin kəskin azalması fonunda S.Ərəbistanı valyuta ehtiyatlarını artırmaq üçün dövlət neft şirkətinin bir hissəsini özəlləşdirəcəyini bildirib. Analitiklər Çin tərəfindən irəli sürülən təklifin ölkənin neft təhlükəsizliyini təmin etmək məqsədi daşıdığını bildiriblər.

Xatırladaq ki, İPO-nun London və ya Nyu-York birjalarında həyata keçiriləcəyi gözlənilir. Hazırda bu iki birja arasında əməliyyatı həyata keçirmək üçün qızğın rəqabət getdiyi bildirilir. 

Son xəbərlər

Orphus sistemi