Çin karbohidrogen hasilatı sahəsində inqilab edib

Çin karbohidrogen hasilatı sahəsində inqilab edib İndiyədək "yanacaq buzu" nümunəsini ancaq Çin əldə edib
Energetika
18 May , 2017 15:30
Çin karbohidrogen hasilatı sahəsində inqilab edib

Bakı. 18 may. REPORT.AZ/ Çin neftçiləri ilk dəfə dünyada Cənub Çin dənizindən "yanacaq buzu" - təbii qaz hidratı əldə etdiyini açıqlayıb. 

"Report" xəbər verir ki, bu barədə Çin mərkəzi televiziyası Torpaq və Təbii Ehtiyatlar Nazirliyinə istinadən xəbər verib. 

Nazirliyin Geoloji Araşdırmalar İdarəsinin sədr müavini Li Tszinfaya görə, "bu, ABŞ-da şist neftin kəşf edilməsi qədər böyük bir hadisə olacaq. Bununla da gələcəkdə enerjinin istifadə metodları transformasiyaya uğrayacaq".

L.Tszinfa bildirib ki, bu istiqamətdə Çinin nəzəri baza və texnologiyaları inkişaf etdirməsi inanılmaz müvəffəqiyyətlərə gətirib çıxarıb ki, nəticədə ölkəmiz "yanacaq buzu" hasilatında dünya lideri olub". 

Qeyd edək ki, "yanacaq buzu"n nümunələri 1,2 km dərinlikdən və Honq-Konqun 285 km cənub-şərqindən çıxarılıb. 8 gün ərzində 120 kubmetr "yanacaq buzu" hasil edilib ki, onun da tərkibində metanın payı 99,5% təşkil edir.

Xatırladaq ki, 1 kubmetr adı çəkilən hidrat 160 kubmetr qaz şəklində olan təbii qaza bərabərdir. Müqayisə üçün bildirək ki, 100 litr qazla avtomobil 300 km, 100 litr "yanacaq buzu" ilə isə 50 min km yol qət edə bilər.

Bu sahədə Yaponiya və Kanada da çalışır. Lakin hələlik yalnız Çin dənizin dərinliyindən nümunə çıxarıb.

Son xəbərlər

Orphus sistemi