​“Çilov” yatağında yeni quyu istismara verilib

​“Çilov” yatağında yeni quyu istismara verilib Quyu sutkada 50 ton neft hasilatı ilə istismara qəbul edilib
Energetika
22 İyun , 2015 18:08
​“Çilov” yatağında yeni quyu istismara verilib

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kompleks Qazma İşləri Tresti tərəfindən “Çilov” yatağındakı yeni quyu istismara verilib.

SOCAR-dan "Report"a verilən məlumata görə, Trest tərəfindən 112 nömrəli özüldə qazılan 113 nömrəli quyunun istismara təhvil verilməsi istiqamətində aparılan işlər uğurla nəticələnib, "Qala-3" Lay Dəstəsinin 1 243 - 1 237 metr intervalına perforasiya olunub.

Quyu sutkada 50 ton neft, 4 000 kubmetr qaz hasilatı ilə istismara qəbul edilib.

Son xəbərlər

Orphus sistemi