"Chevron" şirkətində ixtisarlar davam edir

"Chevron" şirkətində ixtisarlar davam edir Şirkət 6-7 min işçisini ixtisar etməyi planlaşdırır
Energetika
24 Dekabr , 2015 11:24
Chevron şirkətində ixtisarlar davam edir

Bakı. 24 dekabr. REPORT.AZ/ "Chevron" şirkəti (ABŞ) Qərbi Avstraliyadakı "Gorgon" LNG (maye qaz) layihəsinə cəlb olunan işçilərin 1 200 nəfərini ixtisar edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, təxminən 530 elektrik ötən həftə işdən çıxarılıb. Son iki həftədə isə qazanxana işçiləri, boru xətti montajçıları, qaynaqçılar daxil olmaqla 700 ştat ləğv edilib.

Məlumata görə, bundan öncə qeyd olunmuşdur ki, "Chevron" şirkəti dünya üzrə işçilərindən 6-7 min nəfəri ixtisar etməyi planlaşdırır. Şirkət neftin qiymətinin ucuzlaşmasına görə bir neçə il ərzində kapital və kəşfiyyat üzrə xərclərini milyardlarla dollar azaltmağı planlaşdırır.

Qeyd edək ki, "Chevron" Korporasiyası dünyanın ən iri beynəlxalq enerji şirkətlərindən biridir. Baş ofisi ABŞ-ın Kaliforniya ştatının San Remo şəhərində yerləşir. Bu ilin əvvəlinə olan məlumata görə, müxtəlif ölkələrdə şirkətin 64,7 min işçisi olub.

İngilis versiyası Chevron cuts 1200 jobs

Son xəbərlər

Orphus sistemi