“Chevron” Səudiyyə Ərəbistanı və Küveytdən ixracatı bərpa edir

“Chevron” Səudiyyə Ərəbistanı və Küveytdən ixracatı bərpa edir “Chevron Corp.” iyul ayından Səudiyyə Ərəbistanı və Küveyt hökumətlərilə birgə müəssisələrindən neft ixracatını bərpa etmək niyyətindədir.
Energetika
23 İyun , 2020 10:47
“Chevron” Səudiyyə Ərəbistanı və Küveytdən ixracatı bərpa edir

“Chevron Corp.” iyul ayından Səudiyyə Ərəbistanı və Küveyt hökumətlərilə birgə müəssisələrindən neft ixracatını bərpa etmək niyyətindədir.

“Report” “WSJ”ə istinadən xəbər verir ki, hər iki ölkədəki rəsmi mənbələrə görə bunun nəticəsində hasilatın 80 min barelədək artacağı gözlənilir.

Həmçinin Səudiyyə Ərəbistandakı mənbələr OPEC+ çərçivəsində hasilatın ixtisarına dair məlum razılaşmadan kənara çıxmamaq üçün sözügedən müəssisədəki hasilat artımını başqa yerlərdə hasilatı ixtisar etməklə tarazlaşdıracaqlarını bildiriblər.

Xatırladaq ki, OPEC+ formatı çərçivəsində may – iyun ayları üçün hasilatın həcmini 9,7 milyon barel azaltmaq barədə razılaşmanın müddəti daha sonra iyul ayının sonunadək uzadılıb. Bundan sonra ilin sonunadək hasilatın ixtisarı 7,7 milyon barel, daha sonra 2022-ci ilin aprel ayınadək də 5,8 milyon barel olmalıdır. Hasilatın ixtisarı üçün istinad nöqtəsi 2018-ci ilin oktyabr ayı səviyyəsi, Səudiyyə Ərəbistanı və Rusiya üçün isə 11 milyon barel səviyyəsi götürülüb.

Son xəbərlər

Orphus sistemi