“Chevron” mənfəətini 36% artırıb

“Chevron” mənfəətini 36% artırıb Bakı. 28 aprel. REPORT.AZ/ ABŞ-ın “Chevron” şirkətinin bu ilin I rübündə mənfəəti illik müqayisədə 35,8% artaraq 3,64 mlrd. dollar təşkil edib.
Energetika
28 Aprel , 2018 17:15
“Chevron” mənfəətini 36% artırıb

Bakı. 28 aprel. REPORT.AZ/ ABŞ-ın “Chevron” şirkətinin bu ilin I rübündə mənfəəti illik müqayisədə 35,8% artaraq 3,64 mlrd. dollar təşkil edib.

“Report” xəbər verir ki, bu barədə şirkətin rüblük hesabatında qeyd olunub.

Hesabat dövründə şirkətin gəliri 13% artaraq 37,76 mlrd. dollar olub.

Qeyd edək ki, "Chevron" şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının işlənməsi layihəsində 9,57%, neftin və kondensat həcmlərinin Ceyhan limanı ilə dünya bazarına çıxarılması üçün inşa olunmuş Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərində isə 8,90% paya malikdir.

Son xəbərlər

Orphus sistemi