Ceyhan limanından Kərkük neftinin nəqli dayandırılıb

Ceyhan limanından Kərkük neftinin nəqli dayandırılıb Nəqlin nə vaxt bərpa olunacağı barədə məlumat verilmir
Energetika
30 Oktyabr , 2017 17:43
Ceyhan limanından Kərkük neftinin nəqli dayandırılıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında İraqın Kərkük vilayətinin neftinin Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) nəqli dayandırılıb.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. 

Mənbə nəqlin nə vaxt bərpa olunacağı barədə məlumatlı olmadığını bildirib.

Nəql dayandırılana kimi gündəlik orta ötürmə 264 min barel təşkil edib.

Kərkük-Ceyhan boru kəməri ilə gündəlik nəql, təxminən, 600 min barel təşkil edir, lakin İraq Kürdüstanında yaranan konfliktin fonunda oktyabrın ortasından bu həcm xeyli azalıb.

Son xəbərlər

Orphus sistemi