Ceyhan limanından I yarımillikdə 12 mln. ton Azərbaycan nefti ixrac olunub

Ceyhan limanından I yarımillikdə 12 mln. ton Azərbaycan nefti ixrac olunub Ceyhan limanından inidyədək 332 mln. tondan çox Azərbaycan nefti dünya bazarına yola salınıb
Energetika
43
5 İyul , 2017 10:45
Ceyhan limanından I yarımillikdə 12 mln. ton Azərbaycan nefti ixrac olunub

Bakı. 5 iyul. REPORT.AZ/ Bu ilin iyun ayı ərzində 2 015 323 ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarına çıxarılıb.

“Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, bu həcmin 1 429 248 tonunu Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) nefti təşkil edib.

Cari ilin yanvar-iyun aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 12 290 851 ton təşkil edib.

Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri istismara verilən gündən (2006-cı il, iyun) 2017-ci il iyul ayının 1-dək Ceyhan limanından 332 125 450 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.

Qeyd edək ki, Azərbaycan nefti BTC boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə bazara çıxarılır. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır, gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir.