Ceyhan limanından I rübdə 5,9 mln. ton Azərbaycan nefti dünya bazarına çıxarılıb

Ceyhan limanından I rübdə 5,9 mln. ton Azərbaycan nefti dünya bazarına çıxarılıb İndiyədək Ceyhan limanından 325,7 mln. ton Azərbaycan nefti dünya bazarına yola salınıb
Energetika
5 Aprel , 2017 16:21
Ceyhan limanından I rübdə 5,9 mln. ton Azərbaycan nefti dünya bazarına çıxarılıb

Bakı. 5 aprel. REPORT.AZ/ Bu ilin mart ayı ərzində 1 731 455 ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarlarına çıxarılıb.

“Report” SOCAR-a istinadən xəbər verir ki, bu həcmin 1 094 695 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-mart aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 5 863 177 ton təşkil edib. Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il aprel ayının 1-ə qədər Ceyhan limanından 325 697 776 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.

Qeyd edək ki, Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə bazarlara çıxarılır. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır, gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir.

Son xəbərlər

Orphus sistemi