Ceyhan limanından dünya bazarına çıxarılan Azərbaycan neftinin həcmi 9% artıb

Ceyhan limanından dünya bazarına çıxarılan Azərbaycan neftinin həcmi 9% artıb Bu il Ceyhandan ixrac olunmuş neftin həcmi 10,1 mln. ton təşkil edib
Energetika
6 May , 2016 11:17
Ceyhan limanından dünya bazarına çıxarılan Azərbaycan neftinin həcmi 9% artıb

Bakı. 6 may. REPORT.AZ/ Cari ilin aprel ayı ərzində 2 251 475 ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarına çıxarılıb. "Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu göstərici ötən ilin aprel ayından 5,3% azdır.

Bu həcmin 1 128 973 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-aprel aylarında isə Ceyhan limanından ixrac olunmuş neftin həcmi 10 088 919 ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövründən 9,2% çoxdur.

Ümumiyyətlə, BTC istismara verilən gündən (2006-cı il) 2016-cı il may ayının 1-nə qədər Ceyhan limanından 301 282 269 ton Azərbaycan nefti dünya bazarına yola salınıb. 

Qeyd edək ki, Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir.

Son xəbərlər

Orphus sistemi