​Ceyhan limanından dünya bazarlarına çıxarılan Azərbaycan neftinin həcmi 8% artıb

​Ceyhan limanından dünya bazarlarına çıxarılan Azərbaycan neftinin həcmi 8% artıb Azərbaycanın payına düşən neftin həcmi 9% artıb
Energetika
8 İyun , 2016 14:50
​Ceyhan limanından dünya bazarlarına çıxarılan Azərbaycan neftinin həcmi 8% artıb

Bakı. 8 iyun. REPORT.AZ/ Bu ilin may ayı ərzində 2 562 488 ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarlarına çıxarılıb. "Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu göstərici ötən ilin may ayından 3,6% çoxdur.

Ötən ay nəql olunan həcmin 1 558 661 tonunu (61%-i) Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) nefti təşkil edib ki, bu həcm də ötən ilin müvafiq ayından 8,8% çoxdur.

Cari ilin yanvar-may aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 12 651 407 təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 8% artıqdır.

Ümumiyyətlə, BTC istismara verilən gündən (2006-cı il) 2016-cı il iyunun 1-dək Ceyhan limanından 303 845 179 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.

Qeyd edək ki, Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir.

Son xəbərlər

Orphus sistemi