Yuxarı

​Ceyhan limanından dünya bazarlarına çıxarılan Azərbaycan neftinin həcmi 2% artıb

Ceyhan limanından 305,968 mln. ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb

Bakı. 13 iyul. REPORT.AZ/Bu ilin iyun ayı ərzində 2 143 253 ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarlarına çıxarılıb. Bu göstərici isə ötən ilin iyun ayından 23% azdır.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki,iyun ayında Ceyhan limanından dünya bazarlarına çıxarılan neftin 1 424 400 tonunu (66%) Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) nefti təşkil edib.

Cari ilin yanvar-iyun aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 14 774 660 ton təşkil edib ki, bu da ötən ilin I yarısından 1,82% çoxdur.
Ümumiyyətlə, BTC istismara verilən gündən (2006-cı il) 2016-cı il iyul ayının 1-ə qədər Ceyhan limanından 305 968 432 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Qeyd edək ki, Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi