Ceyhan limanından Azərbaycan neftinin ixracı martda 28% artıb

Ceyhan limanından Azərbaycan neftinin ixracı martda 28% artıb Bu ilin ilk rübündə isə limandan neftin nəqli 14% artıb
Energetika
7 Aprel , 2016 11:29
Ceyhan limanından Azərbaycan neftinin ixracı martda 28% artıb

Bakı. 7 aprel. REPORT.AZ/ Cari ilin mart ayı ərzində Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 2 604 212 ton Azərbaycan nefti dünya bazarına çıxarılıb. "Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu göstərici ötən ilin mart ayından 28% çoxdur.

Bu ilin martında Ceyhan limanından ixrac olunan neftin 1 697 723 tonunu Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) nefti təşkil edib.

Cari ilin yanvar-mart aylarında isə Ceyhan limanından ixrac olunmuş neftin həcmi 7 838 445 ton təşkil edib ki, bu göstərici ötən ilin müvafiq dövründən 14% artıqdır.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il aprel ayının 1-dək Ceyhan limanından 299 032 217 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.

Qeyd edək ki, Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir.

Son xəbərlər

Orphus sistemi