Ceyhan limanından Azərbaycan neftinin ixracı iyunda 9% artıb

Ceyhan limanından Azərbaycan neftinin ixracı iyunda 9% artıb Azərbaycana məxsus mənfəət neftinin ixracı isə 3% artıb
Energetika
2 İyul , 2015 17:48
Ceyhan limanından Azərbaycan neftinin ixracı iyunda 9% artıb

Bakı. 2 iyul. REPORT.AZ/ Bu ilin iyun ayı ərzində 2 797,6 min ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. "Report"un Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5% çoxdur.

Məlumata görə, bu həcmin 1 841,7 min tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 2,6% çoxdur.

Cari ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə Ceyhan limanından ixrac olunmuş neftin həcmi 1,6% çox, yəni 14 510,8 min ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il iyul ayının 1-ə qədər Ceyhan limanından 276,449 mln. ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Son xəbərlər

Orphus sistemi