Yuxarı
    Bağlamaq

    Ceyhan limanında indiyədək 3 194 tankerə Azərbaycan nefti yüklənib

    Azəri-Çıraq-Günəşli yataqlar blokundan 1997-ci ildən 2,9 mlrd. barel neft hasil olunub

    Bakı. 25 aprel. REPORT.AZ/ Bakı-Tbilisi-Ceyhan boru kəməri istifadəyə veriləndən Ceyhan limanından 3 194 tankerə Azərbaycan nefti yüklənib.

    "Report" xəbər verir ki, bunu "BP-Azerbaijan" şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli bu gün işə başlayan SOCAR: "Xəzər və Mərkəzi Asiya: Ticarət, logistika, neft emalı və neft-kimya" beynəlxalq praktiki konfransında bildirib. 

    B.Aslanbəyli qeyd edib ki, BP şirkəti və tərəfdaşları Azərbaycandakı layihələrə ümumilikdə 58 mlrd. dollar həcmində sərmayə yatırıb. O, 1997-ci ildən "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan 2,9 mlrd. barel həcmində neft hasil olunduğunu bildirib. Onun sözlərinə görə, "Şahdəniz" qaz-kondensat yatağından isə 2006-cı ildən indiyədək 70 mlrd. kubmetr qaz hasil olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi