Yuxarı
    Bağlamaq

    Çexiya və Azərbaycan elektrik enerjisinin ötürülməsi sahəsində təcrübə mübadiləsi aparacaq

    ​Nazir Natiq Əliyev: Çexiyanın enerji balansında Azərbaycan nefti təxminən 30% təşkil edir və bu səviyyə qorunmalıdır

    Bakı. 17 sentyabr. REPORT.AZ/ Çexiya prezidenti Miloş Zemanın rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində “Elektrik enerjisinin ötürülməsi” şirkəti Müşahidə Şurasının üzvü Jiri Maceska Azərbaycan Energetika Nazirliyində olub.

    Nazirlikdən "Report"a verilən xəbərə görə, energetika naziri Natiq Əliyevlə keçirilən görüşdə bildirilib ki, iki ölkə arasında yüksək səviyyədə reallaşan görüşlər və qarşılıqlı səfərlər əməkdaşlığın daha da inkişafı üçün yeni imkanlar açır. Azərbaycanla Çexiya arasında ticarət dövriyyəsinin hər il böyük həcmdə artdığını, təkcə bu ilin yanvar-iyun aylarında bu göstəricinin 308,52 mln. ABŞ dolları olduğunu vurğulayan N.Əliyev diqqətə çatdırıb ki, Çexiyanın enerji balansında Azərbaycan nefti təxminən 30% təşkil edir və bu səviyyə qorunmalıdır.

    Nazir Azərbaycanın Energetika Nazirliyi və Çexiya Sənaye və Ticarət Nazirliyi arasında “Energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanmaq üçün hazır olduğunu da qeyd edib. Ölkə əhalisinin enerji resursları ilə təminatı məsələsinə də toxunan N.Əliyev bildirib ki, indi yaşayış sektorunda və iri enerji tutumlu sənaye müəssisələrində enerji səmərəliliyi və enerji effektivliyinə nail olunması əsas hədəflərdəndir. Çexiya ilə bu istiqamətdə təcrübə mübadiləsinin aparılmasına və əməkdaşlığın inkişaf etdirilməsinə ehtiyac var.

    Azərbaycanla elektrik enerjisinin ötürülməsi sahəsində təcrübə mübadiləsinə maraq göstərdiklərini deyən J.Maceska bu istiqamətdə əməkdaşlıq təklifini irəli sürüb. N.Əliyev isə öz növbəsində elektrik enerjisinin Gürcüstan, Rusiya və İran istiqamətində ötürüldüyünü və bu məqsədlə yeni enerji təsərrüfatı obyektlərinin quraşdırıldığını xatırladaraq bildirib ki, Çexiyanın təcrübəsindən bəhrələnmək faydalı olardı.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi