Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü 17% artıb

Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü 17% artıb CQBK-nin gündəlik orta ötürücülük gücü 32,8 mln kubmetr olub
Energetika
266
13 Avqust , 2020 15:01
Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü 17% artıb

İlin birinci yarısında Cənubi Qafqaz Boru Kəməri (CQBK) və genişləndirilmiş boru kəməri (CQBKG) ilə bağlı fəaliyyətlərə təqribən 22 mln dollar əməliyyat xərcləri və təqribən 5 mln dollar əsaslı xərclər sərf edilib.

“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2020-ci ilin I yarısının yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.

Boru kəmərinin əməliyyat xərcləri ötən ilin müvafiq dövründən 10% çox, əsaslı xərcləri 4,8 dəfə az olub.

İlin ilk 6 ayı ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 32,8 mln kubmetr olub. Bu isə ötən ilin müvafiq dövründən 17% çoxdur.

Qeyd edək ki, CQBK 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyun ayında başlayıb. 20 mart 2020-ci il tarixindən Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) texniki operatorluğu “BP Exploration (Shahdeniz) Limited” şirkətindən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Midstream Operations MMC”yə keçib

Xatırladaq ki, CQBK şirkətinin sərmayədarları qismində BP (28,8%), "AzSCP" (10%), "SGC Midstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NİCO (10%) və TPAO (19%) şirkətləri çıxış edir.

Son xəbərlər

Orphus sistemi